Metronun 8 Mart qrafiki açıqlandı

Metronun 8 Mart qrafiki açıqlandı
12:09

"Bakı Metropoliteni" martın 8-i və 9-da gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.


"Bakı Metropoliteni"ndən News365.az-a bildirilib ki, "28 May–Əhmədli” sahəsi gün ərzində qatarlararası interval əsasən 2,5 dəqiqə olacaq:


"Bütün xətlər üzrə ehtiyat qatarlar və zəruri işçi qüvvəsi ayrılacaq, nəzarət tədbirləri gücləndiriləcək. Bənövşəyi xətdə, həmçinin “Həzi Aslanov–Əhmədli” və “Cəfər Cabbarlı–Xətai” mənzillərində intervallar dəyişməz qalacaq. “Bakmil” istiqamətində hərəkət edən sərnişinlər şənbə gününün qrafikindən istifadə edəcəklər".


Sizin reklam burada
Sizin reklam burada