“Microsoft”un yeni “Windows” versiyasımım çıxış tarixi mediaya sızdırılıb.
News365.az xəbər
verir ki, yayılan məlumatlara görə, kod adı "Hudson Valley Next" olan
yeni versiya bu il təqdim oluna bilər. “Windows 12”-də bir çox yeniliklərin
olacağı gözlənilir. Əsas yeniliklər isə süni intelektlə bağlı olacaq.
Qeyd
edək ki, “Microsoft”un son məhsulu “Windows 11” istifadəçilər tərəfindən bir mənalı
qarşılanmır. Təqdimatının üzərindən uzun illər keçsə də, proqram təminatında demək
olar hər yeniləmədən sonra yeni problemlər yaranır. Bu da çox saylı
narazılıqlara səbəb olur.