Müharibə Həcclə bağlı qeydiyyat prosesinə təsir etməyib, uçuş vaxtı bilindi - RƏSMİ AÇIQLAMA

Müharibə Həcclə bağlı qeydiyyat prosesinə təsir etməyib, uçuş vaxtı bilindi - RƏSMİ AÇIQLAMA
12:10

“Baş verən hadisələrə görə Həcc ziyarətinin təxirə salınması gözlənilmir”.

New365.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, həcc ziyarətinin tarixi sabit olur, dəyişmir: “Gündəmdə müharibə ilə bağlı heç nə yoxdur, proses normal formada davam edir. Müharibə qeydiyyat prosesinə də təsir etməyib. Həcc ziyarətindən imtina edənlər qeydə alınmayıb, əksinə hər gün müraciət edənlər olur”.

Vüsal Cahangiri onu da bildirib ki, artıq kvotanın 85 faizdən çoxu tamamlanıb: “İlk uçuş 17 may tarixində olacaq. İlk zəvvar qrupu 180 nəfərdən ibarət olacaq”.


Sizin reklam burada
Sizin reklam burada