“Nəvələrimə can qurban, amma öz evlərində”

“Nəvələrimə can qurban, amma öz evlərində”
12:24

Tanınmış müğənni Sahib İbrahimov ailə həyatından danışıb.

News365.az xəbər verir ki, müğənni ideal ailəyə sahib olduğunu deyib.

“Mənim ömür gün yoldaşım Lalə xanım elə nizam intizam yaradıb ki, evdə mənim heçbir narahatlığım yoxdur. Sadəcə olaraq mən evim bir böyüyü, evin lokamativi kimi olmuşam. Mən hələ evdə səs tonumu qaldırmamışam, çünki o şərait yaranmayıb. Bunu da həyat yoldaşıma borcluyam. Hər şey onun sayəsində belə gözəl olub”.

Müğənni oğlunun onlardan ayrı yaşaması barədə də danışıb:

“Bu həm bizim, həm də onların rahatlığı üçün daha yaxşıdır. Mən sənət adamıyam bəzən gec evə gəlirəm, bəzən gec oyanıram. Həyat tərzim biraz fərqlidir. Rahat olmağım üçün onların ayrı yaşamasını daha doğru saydım. Nəvələrimə can qurban, amma öz evlərində.”


Sizin reklam burada
Sizin reklam burada