Dünya Trampın din xadimləri ilə bu hərəkətindən danışır

Dünya Trampın din xadimləri ilə bu hərəkətindən danışır
11:22


İran müharibəsinin 7-ci günündə qarşılıqlı hücumlar davam edərkən, Ağ Evdə diqqət çəkən görüntülər qeydə alınıb.

News365.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə evangelist pastorları qəbul edib. 

Görüş zamanı din xadimləri Trampa toxunaraq onun üçün dua ediblər.

Prezident Administrasiyasının Personal Ofisinin direktoru Dan Skavino tərəfindən yayımlanan görüntülərdə duada Trampın qorunması, eləcə də ABŞ ordusunda xidmət edən bütün hərbçilərə xeyir-dua diləndiyi bildirilib.

ABŞ mediası qeyd edir ki, bu hadisə ölkədə müzakirələrə səbəb olub. Bəzi ekspertlər bunu ABŞ-da dini dəyərlərin ictimai həyatda rolunun göstəricisi kimi qiymətləndirir, digərləri isə kilsə ilə dövlətin ayrılığı prinsipinin pozula biləcəyini bildirirlər.

Müşahidəçilərə görə, Vaşinqtonda evangelist qruplarla siyasi əlaqələrin və dini istinadların artması qarşıdan gələn seçki mühiti ilə də əlaqələndirilir.



Sizin reklam burada
Sizin reklam burada