Finlandiya torpaqlarında nüvə silahının olmasını qadğan edən qanunu ləğv etməyə
hazırlaşır.
News365.az xəbər
verir ki, ölkənin Müdafiə Naziri Antti
Häkkänen bunun Rusiyanın təcavüzkar siyasətindən qorunmaq üçün atılan addım
olduğunu bildirib.
Qeyd edək ki, Finladiyada 1989-cü ildən bəri ölkə ərazisində nüvə silahının
yerləşdirilməsi qadağan edilib. Bütün hərbi anlaşmalara qoşulmadan öz
neytrallığını qoruyan Finlandiya yanlız Rusiya-Ukrayna müharibəsi başladıqdan
sonra 2023-cü ildə NATO-ya qoşulub.