Xamenei rejiminin çökməsi ilə bağlı xəbərlərin fonunda İranın hərbi elitası arasında ciddi təşviş yaşanır. Bəsic qüvvələrinin rəhbər şəxsləri və rəsmi məmurlar tanınmamaq üçün qadın libası geyinərək ölkəni tərk etməyə çalışırlar.
News365.az Demokrat.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolardan birində Gilan bölgəsinin tanınmış snayperləriindən olan Yasser Lefouti əks olunub. Qadın paltarında görüntülənən Lefoutinin atası "Tiz" ləqəbli şəxs isə Qüds Qüvvələrinin rəhbər heyətində yer alan fiqurlardan biridir.
Yayılan görüntülərdə əks olunan Yasser Lefouti birbaşa Sepahın (İslam İnqilabı Keşikçiləri Korpusu) nəzdində fəaliyyət göstərən Bəsic könüllü hərbi birləşməsinin Gilan üzrə snayperidir. Atası "Tiz" ləqəbli şəxs isə Sepahın xaricdəki əməliyyat qolu olan Qüds Qüvvələrinin komandirlərindən biri kimi tanınır.