Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıtda silah-sursat aşkarlandı
03 May 2025 22:45

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.


News365.az Report-a istinadən xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi, Xəzər bağları ərazisində 1 ədəd ov tüfəngi, Hacı Zeynalabdin qəsəbəsində “Kalaşnikov” avtomatına məxsus 145 ədəd 7.62 mm, 72 ədəd 5,45 mm-lik patron, 3 ədəd həmin silaha məxsus daraq və “Makarov” tipli tapançaya məxsus 40 ədəd 9 mm-lik patron aşkar edilib.


Silah-sursatlar aidiyyəti üzrə təhvil verilib.


Faktla bağlı araşdırmalar aparılır


Sizin reklam burada
Sizin reklam burada