Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır
15:42

Almaniyanın keçmiş kansleri Gerhard Şröderin Rusiyada Almaniyanın “Globus” hipermarketlər şəbəkəsini idarə edən “Giperglobus” şirkətində rəhbər vəzifəyə təyin olunması Almaniyada siyasətçilər və iqtisadçıların tənqidinə səbəb olub.

 Bundestaq deputatı və hakim Xristian-Demokrat İttifaqının xarici siyasət üzrə eksperti Roderix Kizevetter Şröderin yeni vəzifəsini “Avropaya və öz ölkəsinə xəyanət” adlandırıb.

Köln Universitetinin professoru Tomas Yeger isə Şröderin Rusiyada yeni lobbiçilik işi əldə etdiyini bildirib.
 

Alman iqtisadçı Yan Şnellenbax da Şröderi tənqid edərək onun səhhətinin Almaniya məhkəməsi qarşısına çıxmağa imkan vermədiyi barədə deyilənləri xatırladıb və istehza ilə “Məgər Rusiya pullarının müalicəvi gücü var?” deyə soruşub.


Berlin Elm və Siyasət Fondunun (SWP) tədqiqat şöbəsinin rəhbəri Yannis Kluqe hesab edir ki, Şröderin “Giperglobus”un rəhbərliyinə gətirilməsi şirkət üçün Rusiyada alman şirkətlərinin üzləşə biləcəyi problemlərdən qorunmaq məqsədilə “ömürlük sığorta” rolunu oynayır.

Şröder daha əvvəl “Rosneft”in rəhbərliyində və “Şimal axını” qaz kəmərinin operatoru olan şirkətdə çalışıb. “Giperglobus” şirkəti oktyabrın 2-də Şröderin müşahidə şurasının üzvü olacağını və pərakəndə satış şirkətinin “strateji inkişafına” rəhbərlik edəcəyini təsdiqləyib.


Sizin reklam burada
Sizin reklam burada