Söhbət kimin rəqs etməsindədir...- Tural İrfan yazır

Söhbət kimin rəqs etməsindədir...- Tural İrfan yazır
09:36
Neçə vaxtdı görürəm sosial şəbəkələrdə mübahisələr, çəkişmələr gedir. Hətta irançı zümrə Türkiyəni təhqir edir ki, guya bizim cəmiyyətin əxlaqını onların teleserialları pozubmuş. Sən demə İranın yolladığı narkotik, zəhərli xurafat, siğəşünaslıq və digər zərərli nəsnələr yox, camaatın taleyini Türkiyə serialları xarab edibmiş. Özü də nədənsə bu kimi hücumlar Yəhya Səfəvinin "Türkiyə etibarlı müttəfiq deyil..." kimi bəyanatlarından sonra şiddətlənir. Xülasə...
Sən demə bir dondurmaçı gəlib Bakının harasındasa rəqs edirmiş, bəzi alıcıları yoxsa pərəstişkarları da ona qoşulub rəqs edirmişlər. Adam sadəcə Türkiyədən gəldiyi üçün onun obrazında anti-türk, anti - Türkiyə propaqandasına start veriblər. Məsələn, Rusiyadan, lap Fransadan gəlmiş olsaydı heç yada da düşməyəcəkdi. Yəni adamı hədəfə, mövzumu gündəmə məqsədli şəkildə gətiriblər. Bəlkə də kimsə aləmi çaxnaşdırıb dondurma satanı qovdurub "qəhrəmana" çevrilmək istəyir...
Mən belə başa düşürəm ki, heç kəsi qolundan tutub zorla o dondurmaçı ilə oynamağa aparmazlar yəqin ki. Buna qanun da yol vermir. Yoxsa kimisə getdiyi yerdə yolundan edərək aparıb onunla rəqs etdirirlərsə bəli, kim olursa olsun bunun qarşısı alınmalıdır. Yox, könüllü şəkildə kimsə rəqs edir, şənlənirsə onun azad seçimidir. Bir də ki, bu mənzərəyə, bu səhnəyə mütləq hamını tamaşa etməyə də məcburmu edirlər? Yəni, tutaq ki, kimsə orada rəqs edib və videoçəkiliş də paylaşılıb. Demək etiraz edənlər oturub tamaşa edirlər. Bəyənmirsənsə bəs niyə baxırsan?
Bəlkə mənim də qarşıma çıxıb. Amma diqqət etməmişəm, ola bilsin heç bizim ölkədə olduğuna fikir verməmişəm. İndi həmin məsələ ilə bağlı qarşıma tərs - köndələn yazılar çıxdı deyə diqqətimi çəkdi.
Heç kim gedib oynamasın, adam da çıxıb gedəcək. Müğənnini 8-10 min verib toya aparır, o da açıq-saçıq gəlib səy - süy mahnılar oxuyub gedir, sonra da gileylənir ki, bu müğənnilər də camaatın əxlaqını pozur. Dünya bunlarındır, kef çəkirlər...
Əgər rəqs edənlər əxlaqi dəyərlərə zidd iş görürlərsə siz onları tənqid edin.
Tural Irfan, dinşünas

Sizin reklam burada
Sizin reklam burada