Şimali Koreya iki ballistik raket buraxıb

Şimali Koreya iki ballistik raket buraxıb
21:33

Şimali Koreya 600 kilometrdən çox məsafə qət edən ikinci qısa mənzilli ballistik raketini buraxıb. Bu raketin uçuş məsafəsi ilk raketlə müqayisədə təxminən üçdə bir qədər çox olub.

News365.az-ın Yonhap agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Cənubi Koreyanın Baş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

Hər iki raketin bu gün Vonsan bölgəsindən təxminən üç saatlıq fasilə ilə buraxıldığı bildirilir. İlk raket təxminən 450 kilometr məsafə qət edib. Hər iki raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda düşüb.

Bu buraxılışlar Şimali Koreyanın ilin əvvəlindən həyata keçirdiyi 14-cü və 15-ci ballistik raket sınaqları olub.


Sizin reklam burada
Sizin reklam burada