Çin prezidenti Si Cinpin Rusiya prezidenti Vladimir Putinlə qurduğu videogörüntü zamanı diqqət çəkən fikirlər səsləndirib. O, bildirib ki, hazırda iki ölkə arasında ikitərəfli ticarətdə sabit artım müşahidə olunur.
Çin Xalq Respublikası rəhbəri vurğulayıb ki, Çin-Rusiya münasibətlərinin əsasını “əbədi mehriban qonşuluq və dostluq”, eləcə də “hərtərəfli strateji qarşılıqlı fəaliyyət, qarşılıqlı faydalı əməkdaşlıq və qazanc” təşkil edir. Siyasətçinin fikrincə, bütün bu cəhətlər yeni həyati güc qazanıb.
“İkitərəfli praktiki əməkdaşlıq durmadan genişlənir və qarşılıqlı ticarətdə artıma doğru inamlı tendensiya davam edir. Çin-Rusiya qaz kəmərinin şərq marşrutu isə vaxtından əvvəl tam gücünə çatdırılıb”, - deyə Si Cinpin bildirib.
Tural