ABŞ-nin növbəti hədəfi hansı ölkə olacaq?

ABŞ-nin növbəti hədəfi hansı ölkə olacaq?
14:19

ABŞ özünə təhdid gördüyü ölkələrə qarşı qısa müddətli və effektiv hərbi əməliyyatlar keçirir. Maduronun ələ keçirilməsi, Meksikada narkobaronun öldürülməsi, İrana hərbi müdaxilə edilməsi qısa müddət ərzində gerçəkləşdirilən böyük əməliyyatlardır. Bütün bunların fonunda belə bir sual yaranır növbəti hədəf kim ola bilər?

News365.az-ın qonağı olan “REAL” partiyasının sədri Natiq Cəfərli bu mövzu baradə danışıb. Partiya sədri qeyd edib ki, növbəti hədəf artıq bəllidir:

“Bu heçkimə sirr deyil ki, ABŞ-nin növbəti hədəfi Kuba olacaq. Rəsmi Vaşinqton Kubada qan tökmək niyyətində deyil. Buna görə də Kubanı tam blokadaya alıblar. Ölkə artıq işıqsız,qazsız, yanacaqsız qalıb. Təslim olmaqları sadəcə zaman məsələsidir. ABŞ-nin Kuba qarşısında qoyduğu şərtlər də İranın qabağına qoyulan şərtlər qədər ağır deyil. Düşünürəm ki, tezliklə o məsələ də həllini tapacaq. Vaxtı ilə Sovet hökümətinin təhdid kimi istifadə etdiyi Kuba problemi də beləliklə həllini tapacaq. Hətta dəqiq tarix də deyə bilərəm iyulun 4-nə qədər ABŞ bu problemi həll edə bilər və Tramp ABŞ-nin 250 illiyinə həsr olunmuş çıxışını Kubada keçirə bilər”.

Natiq Cəfərli onu qeyd edib ki, ABŞ Rusiyanın ona qarşı yaratmaq istədiyi Qlobal Cənub layihəsini tarixin tozlu rəflərinə göndərir:

“Qlobal Cənub layihəsinin bir neçə vacib ölkəsi var idi. Venesuella, Kuba, İran və Şimali Koreya. ABŞ Venesuella və Kuba məsələlərini artıq həll edib. İran məsələsi də həll edilmək üzrədir. Sonuncu qalan ölkə Şimali Koreyadır. Artıq Rusiya və Çinin əlində təzyiq aləti kimi istifadə edə biləcəkləri cəmi bir ölkə var. Bu alətlərin sıradan çıxarılması Qlobal Cənub kayihəsinin beşiktəcə boğulmasına gətirib çıxardı. Burda Çin biraz kənarda qalmağı bacarsa da, Rusiya böyük məğlubiyyət yaşadı artıq onlar dünyada əvvəlki kimi  söz sahibi ola bilməyəcəklər”.



Sizin reklam burada
Sizin reklam burada