İtaliya A Seriyasının 27-ci turu çərçivəsində "Kremoneze" - "Milan" matçı keçirilib.
Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 0:2.
Bu nəticə ilə xal ehtiyatını 57-yə yüksəldən "Milan" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Kremoneze" 24 xalla 17-ci yerdədir.
Turnir cədvəlinə 67 xalla "İnter" başçılıq edir.