Fevralın 28-dən ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 787-yə çatıb.
News365.az xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Xəbərə görə, ölənlərin 170 nəfərdən çoxu uşaq və yeniyetmədir.
Bildirilib ki, İranın 153 rayonunda təxminən 1039 hava hücumu qeydə alınıb, ən azı 504 obyektə ziyan dəyib.