Qarabağ Universitetinin tələbəsi qrant layihəsini uğurla icra edib

Qarabağ Universitetinin tələbəsi qrant layihəsini uğurla icra edib
14:26

Qarabağ Universitetinin tələbəsi Fərid Fətullayevin Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsində qalib olan “Qarabağ Gəncləri – Müzəffər Liderin Yolunda” adlı qrant layihəsi uğurla icra edilib.

News365.az xəbər verir ki, layihə Qarabağ Universitetinin Tələbələrlə iş mərkəzinin dəstəyi ilə Xankəndi şəhərində yerləşən Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə həyata keçirilib və gənclər arasında vətənpərvərlik ruhunun, milli dəyərlərin və innovativ düşüncənin təşviqinə töhfə vermək məqsədi daşıyıb.

Layihə çərçivəsində Qarabağ Universitetinin tələbələri tərəfindən süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlanmış rəsm əsərlərindən ibarət sərgi təşkil olunub. 

Təqdim edilən işlər arasından ideya zənginliyi, bədii ifadə forması və texniki icra səviyyəsinə görə fərqlənən üç ən yaxşı əsər müəyyən edilib və müəllifləri mükafatlandırılıb. Bununla yanaşı, məktəblilər arasında vətənpərvərlik mövzusunda esse müsabiqəsi keçirilib.

Müsabiqəyə təqdim olunan yazılar Qarabağ Universitetinin professor-müəllim heyəti tərəfindən obyektiv və şəffaf meyarlar əsasında qiymətləndirilib.

Nəticə etibarilə üç qalib müəyyən edilərək mükafata layiq görülüb və qalib şagirdlər üçün Zəfər parkına ekskursiyanın təşkili planlaşdırılıb.


Sizin reklam burada
Sizin reklam burada