New365.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsinin rəsmi açılış mərasimində deyib.
Nazir müavini qeyd edib ki, gələcəyin əsas istiqaməti insansız, robotlaşdırılmış sistemlər və süni intellekt texnologiyaları ilə bağlıdır: “Hazırda dünyada 4 milyondan çox robot fəaliyyət göstərir və ən yüksək göstərici Cənubi Koreyadadır. Dünya sürətlə bu istiqamətdə irəliləyir. Süni intellekt insanlara doğru yolu göstərən müsbət bir vasitədir. Lakin ondan düzgün nəticə almaq üçün doğru sual vermək vacibdir. Çünki düzgün sual düzgün cavabın əsasını təşkil edir”.
Firudin Qurbanov bildirib ki, gələcəkdə tədris sistemində süni intellektlə bağlı proqram və ixtisaslar yer alacaq.
(APA)