İsrail Beyrutu bombalamağı yekunlaşdırıb, "Hizbullah"ın əsas strateji mərkəzi dağıdılıb

İsrail Beyrutu bombalamağı yekunlaşdırıb, "Hizbullah"ın əsas strateji mərkəzi dağıdılıb
12:52

İsrail Müdafiə Qüvvələri (İDF) Beyrutda “Hizbullah”ın əsas strateji mərkəzlərinə qarşı zərbələr dalğasını başa çatdırıb. 

News365.az xəbər verir ki, bu barədə İDF məlumat yayıb. 

Qeyd edilib ki, kəşfiyyat qərargahına məxsus rabitə komponentləri hədəfə alınıb.

Beyrutda “Hizbullah”ın kəşfiyyat qərargahına aid komanda mərkəzləri, silah anbarları və peyk rabitə komponentlərinə qarşı zərbələr endirilib.

Bildirilib ki, bu obyektlər mülki örtük altında fəaliyyət göstərirdi.

“Zərbə endirilən hədəflər arasında “Hizbullah”ın terror infrastrukturu kimi istifadə etdiyi rabitə məntəqələri də olub. Bu məntəqələr hücumların həyata keçirilməsi, kəşfiyyat məlumatlarının toplanması və təbliğat fəaliyyətinin dəstəklənməsi üçün istifadə edilirdi.

Vurulan bütün hədəflər təşkilat tərəfindən İsrail Müdafiə Qüvvələrinin əsgərlərinə və İsrail mülki vətəndaşlarına qarşı müxtəlif hücum planlarının hazırlanması və icrası üçün istifadə olunurdu.

Zərbələrdən əvvəl mülki əhaliyə zərərin minimuma endirilməsi məqsədilə qabaqcadan xəbərdarlıq, dəqiq sursatlardan istifadə və hava müşahidəsi daxil olmaqla tədbirlər görülüb, - məlumatda deyilir.

İDF bəyan edib ki, “Hizbullah”ın İranın terror rejiminin himayəsi altında münaqişəyə qoşulması qərarına cavab olaraq qətiyyətli əməliyyatlar aparır. Bildirilib ki, İsrailin, xüsusilə ölkənin şimal bölgəsində yaşayan mülki əhalisinin təhlükəsizliyinə zərər vurulmasına yol verilməyəcək.



Sizin reklam burada
Sizin reklam burada