İngiltərə Premyer Liqasının 28-ci turunda "Arsenal" "Çelsi"ni 2-1 hesabı ilə məğlub edib.
News365.az xəbər verir ki, oyun Londondakı "Emirates" stadionunda baş tutub.
Belə ki, Vilyam Saliba (21-ci dəqiqə) və Yurrien Timber (66-cı dəqiqə) qələbə qollarını vurublar.
Eyni zamanda qarşılaşmanın 70-ci dəqiqəsində "Çelsi"nin yarımmüdafiəçisi Pedro Neto ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Əlavə vaxtda "Arsenal"ın oyunçusu Pyero İnkapie öz qapısına qol vurub.
"Arsenal" 25 yanvardan bəri heç bir rəqib oyununda uduzmayıb, yeddi qələbə qazanıb və iki heç-heçə edib. Komanda İngiltərə Premyer Liqasının turnir cədvəlinə 29 oyundan 64 xalla başçılıq edir. "Çelsi" isə 28 oyundan 45 xalla altıncı yerdədir.