ABŞ və İran arasındakı münaqişə fonunda neft bahalaşır. İranın köfrəz ölkələrinə
zərbələr endirməsi, köfrəzdə ticarət gəmilərinin hərəkətinin çətinləşməsi buna
təkan verir. Baş verən hadisələr neftin qiymətinin kəskin artmasına səbəb ola
bilərmi?
Bu suala News365.az- ın qonağı olan “REAL”
pratiyasının sədri Natiq Cəfərli cavab verib.
Partiya sədri bildirib ki, köfrəz ölkələri bu müharibəyə hazırlıqlı olublar. Əgər
belə olmasaydı artıq neftin qiyməti 100 dolları keçərdi:
“Neftin qiymətinin gündəlik, yaxud həftəlik dəyişməsinin böyük əhəmiyyəti
yoxdur. Əhəmiyyətli olan aylıq, rüblük qiymətlərdir. İran ABŞ münaqişəsi
başlayanda neft qiyməti 100 dolları
keçməli idi. Çünki İran əhəmiyyətli neft
ölkələrinə zərblər endirir. Bu həm neftin hasilatına həmdə daşınmasına problemlər
yaradır. Həmin bölgədə neft hasilatının 30 faizi, neft daşınmalarının isə 20
faizi gerçəkləşdirilir. Bu gün neftin qiyməti 78-79 dollardır. Baş verənləri nəzərə
aldıqda bu elə də böyük rəqəm deyil. Bunun səbəbi odur ki, həmin ölkələr bir ay
bundan qabaq mümkün ssenariyə hazırlaşıblar. Neftlə dolu tankerlər çoxdan açıq
okeana çıxarılıb. Buna görə də neft ehtiyyatı çoxdur və neft fantastik sürətlə
bahalaşmır. Lakin münaqişə uzanarsa və bu ehtiyyat bitərsə onda sözsüz ki, kəskin
bahalaşma baş verəcək”.