Qavi uzun fasilədən sonra "Barselona"ya qayıtmağa hazırlaşır

Qavi uzun fasilədən sonra "Barselona"ya qayıtmağa hazırlaşır
15:12

İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Qavi yaxın vaxtlarda yaşıl meydanlara qayıdacaq.

 Kataloniya klubu dizində aparılan əməliyyat səbəbindən avqust ayından bəri forma geyinməyən futbolçunu dərhal gərgin oyun qrafikinə daxil etməyəcək.

Klubun planı Qavini tədricən komandaya adaptasiya etməkdir. Baş məşqçi Hans-Diter Flik gələcək planlarında Qaviyə güvənmək niyyətindədir və onu yenidən itirmək riskinə girmək istəmir.

Qeyd edək ki, 21 yaşlı futbolçu cari mövsümdə La Liqada yalnız iki qarşılaşmada meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.


Sizin reklam burada
Sizin reklam burada