“Real Madrid”in “Xetafe”yə qarşı doğma meydandakı 18 illik seriyası sona çatıb.
News365.az “B/R Football”a istinadən xəbər verir ki, bu, İspaniya La Liqasının XXVI turunda 0:1 hesabı ilə uduzduqdan sonra baş verib.
“Kral klubu” 2008-ci ildən sonra ilk dəfə doğma meydanda "Xetafe"yə məğlub olub. Həmin vaxt La Liqanın 2007/2008 mövsümünün XXV turunda qonaqlar 1:0 hesablı qələbə qazanmışdı.
Bu nəticəyə qədər komandalar “Real Madrid”in stadionunda 16 dəfə qarşılaşıb və bütün oyunlarda Madrid təmsilçisi qalib gəlib.
Xatırladaq ki, hazırda Alvaro Arbeloanın komandası 60 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb.İlk pillədə isə 64 xalla “Barselona” yer alır.