İraq ərazisində yerləşən qədim Nineva şəhərində Assuriya hökmdarı Aşşurbanipalın kitabxanasına aid minlərlə gil lövhə aşkarlanıb.
News365.az xəbər verir ki, təxminən 2700 il əvvələ aid olan bu lövhələrdə astronomiya, tibb, riyaziyyat, tarix və ədəbiyyata dair məlumatlar qorunub.
Bu kolleksiya qədim Mesopotamiya sivilizasiyasının elmi və mədəni səviyyəsini öyrənmək baxımından mühüm mənbədir.