İnternetin ilk mesajı necə göndərildi?

İnternetin ilk mesajı necə göndərildi?
18:20

1969-cu il oktyabrın 29-da ABŞ-da ARPANET şəbəkəsi vasitəsilə ilk kompüterlərarası mesaj göndərilib.

News365.az xəbər verir ki, UCLA-dan Stanford Tədqiqat İnstitutuna göndərilən mesajın "LOGIN" olması nəzərdə tutulsa da, sistem ilk iki hərfdən sonra sıradan çıxıb.

Beləliklə, internetin sələfi hesab edilən şəbəkədə ilk ötürülən mesaj "LO" olub.

Bu hadisə sonradan qlobal internetin yaranmasına aparan tarixi mərhələlərdən biri kimi qəbul edilib.

Bu gün milyardlarla insanın istifadə etdiyi internetin tarixində ilk mesaj cəmi iki hərfdən ibarət olub.


Sizin reklam burada
Sizin reklam burada