Azərbaycan Xarici İşlər Nazirliyi Qırğızıstan xalqını və hökumətini Milli Gün münasibətilə təbrik edib.
News365.az xəbər verir ki, bu barədə XİN-in “X” sosial media hesabında paylaşım edilib.
“Qardaş Qırğızıstan xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Milli Günün mübarək, Qırğızıstan!” – deyə paylaşımda bildirilib.