Paşinyan Qırğızıstana getdi

Paşinyan Qırğızıstana getdi
11:24

Ermənistanın Baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Qırğızıstana iki günlük işgüzar səfərə yola düşüb.

News365.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Paşinyan Bişkekdə ŞƏT sammiti çərçivəsində keçiriləcək görüşdə və digər əlaqəli tədbirlərdə iştirak edəcək. Ermənistan hökumətinin başçısının həmçinin xarici həmkarları ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.


Sizin reklam burada
Sizin reklam burada