Lukaşenko Qərbin sanksiyalarını "faşist davranış" adlandırdı

Lukaşenko Qərbin sanksiyalarını "faşist davranış" adlandırdı
13:32

Belarus prezidenti Aleksandr Lukaşenko Qərbin onun ölkəsinə qarşı tətbiq etdiyi sanksiyaları faşist davranış adlandırıb.

Bu barədə “Pul Pervoqo” Telegram kanalı məlumat yayıb.

Eyni zamanda, o, respublikanın sanksiyaların şərtlərinə, xüsusən də kənd təsərrüfatı məhsullarının ixracı sayəsində uyğunlaşa bildiyini söyləyib. Bu isə digər sənaye sahələrinə yeni vəziyyətə uyğunlaşmaq və başqa bazarlara istiqamətlənmək imkanı verir.

Xatırladaq ki, Belarus lideri sentyabrda da bu mövzuya toxunmuşdu. Lukaşenko Qərbin sanksiyalarının təkcə şəxsən prezidentə qarşı deyil, bütün belaruslara qarşı tətbiq edildiyinə diqqət çəkmişdi. Eyni zamanda, dövlət başçısı sual etmişdi ki, necə olur ki, Qərb xəstə insanlar üçün həyati əhəmiyyətli, vacib avadanlıq və dərmanların ölkəyə gətirilməsinə qadağa qoymaqla bu qədər aşağı səviyyəyə enir?

Tural


Youtube kanalımız

Oxşar xəbərlər