Fransanın borcu üç illik azalmadan sonra surətlə artmağa başlayıb

Fransanın borcu üç illik azalmadan sonra surətlə artmağa başlayıb
12:45

Fransanın dövlət borcu üç illik azalmadan sonra yenidən böyüməyə başlayıb. İkinci rübün sonunda bu göstərici ÜDM-in 113%-ə çatıb ki, bu da 2023-cü ilin sonundakı göstəricidən 2,4 faiz bəndi çoxdur.

Bu barədə xarici KİV məlumat yayıb.

"Fransanın xarici borcu 2020-ci ildə rekorda imza atıb. Sonra 17,3 faiz artaraq ÜDM-in 114,7%-nə çatıb", - məlumatda qeyd edilib. 

Fransanın hazırkı prezidenti Emmanuel Makron dövlət borcunun artım tempinə görə ölkənin keçmiş liderləri arasında üçüncü yerdədir. Onun hakimiyyəti dövründə bu rəqəm 14,9 faiz artıb. İkinci yer Nikola Sarkoziyə məxsusdur - onun dövründə ölkənin dövlət borcu 23,3 faiz artıb. Reytinqə 27,9 faizlik artımla Fransua Mitteran başçılıq edir.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər