Rus ordusu Uqledar döyüşlərində minlərlə əsgərini itirib - "BBC"

Rus ordusu Uqledar döyüşlərində minlərlə əsgərini itirib - "BBC"
13:45

Ukraynanın Donetsk vilayətinin Uqledar şəhəri uğrunda gedən döyüşlərdə rus ordusu minlərlə əsgərini itirib.

Bu fikirlər BBC-də dərc olunan məqalədəndir. Nəşrin məlumatına görə, ağır yaralı, ölən və itkin düşənləri nəzərə alsaq, təkcə 155-ci və 40-cı dəniz piyadaları briqadaları Uqledar yaxınlığında 2100-dən çox insanı itirib.

Məqalədə Uqledara uzun sürən hücumlar zamanı Rusiyanın itkilərinin təkcə bu briqadaların hərbçiləri ilə məhdudlaşmadığı da vurğulanıb. Xüsusilə, bu şəhər uğrunda gedən döyüş Rusiyanın “Alqa” motoatıcı batalyonuna da ciddi zərər vurub – azı 27 əsgər həlak olub, 60-dan çoxu yaralanıb, ondan çoxu itkin düşüb.

Məqalə müəllifi qeyd edir ki, açıq məlumatlara əsaslananda, 155-ci dəniz piyada briqadasının ən azı 211 dəniz piyadasını itirdiyini və 42-nin itkin düşdüyü, 40-cı Qara Berelilər briqadasının isə 72 əsgər və zabitini itirdiyini təsdiqləmək mümkün olub. Ölənlər arasında batalyonlardan birinin komandiri Çıren Lubsanov da daxil olmaqla 19 zabit var.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural



Youtube kanalımız

Oxşar xəbərlər