Azərbaycanın Baş naziri Əli Əsədov belaruslu həmkarı
Roman Qolovçenkonun müşayiəti ilə Minsk vilayətinin Novaya Okolitsa azmərtəbəli
yaşayış massivində olub.
News365.az xəbər
verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Hökumət başçılarına layihə çərçivəsində istifadə olunan fərdi
tikintiyə dair yeni yanaşmalar və texniki həllər barədə məlumat verilib,
mikrorayonda yaşayış binalarına, mühəndis, nəqliyyat və sosial infrastruktur
obyektlərinə baxış keçirilib.