BMT qüvvələri İsrailin çağırışlarına məhəl qoymayaraq Livanın cənubunda qalıb

BMT qüvvələri İsrailin çağırışlarına məhəl qoymayaraq Livanın cənubunda qalıb
12:40

Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Qüvvəsi (UNIFIL) İsrail ordusunun insanların bir sıra bölgələrdən köçürülməsi ilə bağlı tövsiyələrinə baxmayaraq, Livanın cənubundakı mövqelərində qalırlar.

Bu barədə sülhməramlı qüvvələrin rəsmi nümayəndəsi Andrea Tenenti bildirib.

"Sülhməramlılar bütün mövqelərdə qalır və BMT bayrağı dalğalanmağa davam edir",- o, qeyd edib.

Qeyd edək ki, oktyabrın 5-i səhər saatlarında İsrail Hərbi Hava Qüvvələrinin gün ərzində Livanın cənubundakı şiə təşkilatı olan "Hizbullah"ın hədəflərinə bir sıra yeni zərbələr endirməsi barədə rəsmi məlumatlar yayılıb.

Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgəsindəki "Hizbullah" hədəflərinə qarşı “məhdud, lokallaşdırılmış və məqsədyönlü reydlərin” başladığını elan edib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər