ABŞ İsraildən nüvə obyektlərini vurmayacağına dair zəmanət almayıb - "CNN"

ABŞ İsraildən nüvə obyektlərini vurmayacağına dair zəmanət almayıb - "CNN"
12:50

İsrail ABŞ prezidenti Cozef Bayden administrasiyasına İranın irimiqyaslı raket hücumuna cavab tədbiri kimi bu ölkənin nüvə obyektlərinə zərbələr endirməyəcəyinə dair heç bir zəmanət verməyib.

Bu barədə CNN ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

Dövlət Departamentinin adının açıqlanmasını istəməyən rəsmisi telekanala deyib ki, İsrailin HƏMAS-ın 7 oktyabrda ölkəyə hücumunun ildönümündə cavab addımı atıb-atmayacağını indiki məqamda söyləmək çox çətindir.

"Biz ümid edirik və gözləyirik ki, bir az hikmət və bununla bərabər güc nümayişi də görəcəyik. Amma bildiyiniz kimi, məlum məsələyə heç bir zəmanət də yoxdur...", - o, deyib.

Amerika rəsmiləri İsraili dəstəklədiklərini bildiriblər və bir neçə rəsmi açıq şəkildə bu dəstəyin nəticələrinin olmasının vacib olduğunu bildirib. Eyni zamanda, onlar getdikcə qeyri-sabitləşən Yaxın Şərqdəki problemlərlə mübarizə apararkən regional münaqişədən də narahat olduqlarını bildiriblər.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər