Şəmkirdə qadın həyat yoldaşı tərəfindən qətlə yetirilib

Şəmkirdə qadın həyat yoldaşı tərəfindən qətlə yetirilib
06 Okt 2025 20:45

Şəmkirdə qətl hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini 45 yaşlı R. Hacıyeva ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda ölüb.

Məlumata görə, həyat yoldaşı qadının boğazını kəsərək onu qətlə yetirmək istəyib. Hadisədən sonra qətli törədən şəxsin özünə xəsarət yetirdiyi bildirilir.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada