Saxta tibbi arayışla hərbi xidmətdən yayınan 11 nəfər həbs edildi

Saxta tibbi arayışla hərbi xidmətdən yayınan 11 nəfər həbs edildi
17:44

Türkiyənin Şanlıurfa vilayətində saxta tibbi arayışla hərbi xidmətdən yayınmağa çalışan şəxslərlə bağlı araşdırma aparılıb

News365.az bu barədə yerli mediaya istinadla xəbər verir.

Şanlıurfa İl Jandarma Komandanlığının məlumatına görə, sağlam şəxslərin yerinə xəstə və ya əlil şəxslərin müayinəyə cəlb edilərək “hərbi xidmətə yararsızdır” rəyinin alındığı müəyyən edilib.

Araşdırma çərçivəsində Şanlıurfa, Qaziantep və Bursa şəhərlərində eyni anda keçirilən əməliyyatlarla ümumilikdə 35 nəfər saxlanılıb. 

Jandarmadakı ifadələrdən sonra məhkəməyə çıxarılan 11 nəfər “cinayətkar təşkilat qurmaq” və “rəsmi sənədləri saxtalaşdırmaq” ittihamı ilə həbs edilib, digər 24 nəfər isə məhkəmənin qərarı ilə nəzarət şərti ilə sərbəst buraxılıb.



Sizin reklam burada
Sizin reklam burada