Abdulhüseyn Ağayevə VƏZİFƏ VERİLDİ

Abdulhüseyn Ağayevə VƏZİFƏ VERİLDİ
10:50

Abdulhüseyn Ağayev “PAŞA Bank” ASC-də İT və kiberrisklərin idarə edilməsi bölməsinin rəhbəri vəzifəsinə təyin olunub.

News365.az-ın məlumatına görə, o, bundan əvvəl bankın İT auditi istiqamətində baş auditor vəzifəsində çalışıb.

Abdulhüseyn Ağayev 2025-ci ilin may-noyabr aylarında “Birbank”da İnformasiya Təhlükəsizliyi üzrə GRC (idarəetmə, risk və uyğunluq) bölməsinin rəhbəri olub. Daha əvvəl isə həmin qurumda baş İT təhlükəsizliyi mühəndisi, aparıcı İT təhlükəsizliyi administratoru və informasiya təhlükəsizliyi üzrə mütəxəssis vəzifələrində çalışıb.

O, 2019-2020-ci illərdə “Prosol” QSC-də kiçik SOC analitiki kimi fəaliyyət göstərib.

Abdulhüseyn Ağayev, həmçinin Azərbaycan Texniki Universitetində kibertəhlükəsizlik, şəbəkə və sistem təhlükəsizliyi, eləcə də texniki ingilis dili fənlərini tədris edir. O, Bakı Ali Neft Məktəbində də müəllim kimi çalışıb.

Yeni vəzifəsində ona İT və kiberrisklərin idarə edilməsi istiqamətinin rəhbərliyi həvalə olunub.

News365.az



Sizin reklam burada
Sizin reklam burada