Narkotik və ya stimullaşdırıcı maddə istifadə etdiyinə görə məhkəmə qarşısına çıxan məşhurlardan biri Hadisə ilk ifadəsində "Mən də baş verənlərdən sizin qədər şokdayam. Bu gün bütün qəlbimlə səhnədəyəm. Ankarada görüşənədək" deyib.
News365.az Türkiyə mediasına istinadən xəbər verir ki, səhər saatlarında saxlanılan və daha sonra sərbəst buraxılan müğənni Hadisə "Mən də baş verənlərdən sizin qədər şokdayam. Bu gün bütün qəlbimlə səhnədəyəm. Ankarada görüşənədək" deyib.
Türkiyədə İstanbul Respublika Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərə Qarşı Mübarizə Bürosu tərəfindən aparılan istintaq çərçivəsində narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə etdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş ictimai xadimlərə qarşı əməliyyat müzakirə edilir.