Salyan rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
News365.az xəbər verir ki, hadisə saat 10 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonu Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı "Changan" və "Kia" markalı avtomobillər toqquşub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasedici qüvvələri cəlb olunub. Onlar zərərçəkənlərin təhlükəsiz şəkildə nəqliyyat vasitəsindən çıxarılmasını və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsini təmin ediblər.
Qəza nəticəsində xəsarət alanlar Xədicə Sadıqova, Babək Alxanov, Saməddin Bayramov, Mahir Bayramov və Şamxal Mayılov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, yaralılara zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicələri davam etdirilir.
Yaralıların vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.



