Yeşilçamın "Təcavüzcü Coşkun" ləqəbi ilə tanınan aktyor Coşkun Göğenin xəstəxanaya aparıldığı məlum olub.
News365.az Türkiyə mediasına istinadən xəbər verir ki, sağlamlıq problemləri səbəbi ilə 3 gün əvvəl Antalya Şəhər Xəstəxanasına yerləşdirilən Coşkun Göğenin müalicəsi davam edir.
Sağlamlıq vəziyyəti və müalicə prosesi ilə bağlı açıqlama verən Coşkun Göğen, "9-10 ay əvvəl son dəfə çalışdığım film setində soyuq almışdım. Çanakkalədə çox çətin günlər keçirdik. Lakin yaxşı bir iş idi. Bir müddət sonra mənimdə pnevmoniya başlanğıcı meydana gəldi. Antalyada pnevmoniya olmağa səbəb olacaq hava şəraiti yoxdur. Orada həqiqətən çox üşümüşdük. 'Diqqətli olmalısan' deyirdilər. 1 il əvvəl həyat yoldaşımı itirdim. Həyatım çox dəyişdi. Bu günlərdə 16-17 kq da itirdim" - deyib.

