Həlak olan Eltacın pulları ilə yol təmir edildi - VİDEO

Həlak olan Eltacın pulları ilə yol təmir edildi - VİDEO
13:27

Binəqədidə "Lake Hotel"də baş verən bədbəxt hadisə zamanı həlak olan ofisiantlardan Eltac Əliyevin yığdığı pulla küçələrinə asfalt çəkilib.

News365.az xəbər verir ki, bununla bağlı mərhumun bacısı sosial şəbəkədə paylaşım edib.

Faciəli şəkildə ölən ofisiantın cənazəsini "bəy maşını"nda daşıdılar 

Onun sözlərinə görə, Eltacın yaxınları, onu sevənlər həmin küçəni "Eltac yolu" adlandırırlar: 

"Eltac pul yığmışdı, özünə qismət olmadı. Onun pulu ilə küçəyə asfalt salındı. Eltacın səsi təkcə xatirələrdə deyil, indi addım atdığımız bu yolda yaşayır. Bəziləri sözlərlə xatırlanar, bəziləri əməlləri ilə... Eltac küçəyə yalnız asfalt yox, böyük iz qoydu. İndi bu yola hər kəs "Eltac yolu" deyir, illərlə belə deyiləcək. Səninlə hər zaman qürur duymuşuq, Eltacım". 

Xatırladaq ki, noyabrın 21-i Eltac Əliyev(2006) və daha üç restoran əməkdaşını -  Emil Quliyev (2005), Əkbər Zeynalov (2007), Cavidan Muradov (1998) cərəyan vurub. Dörd əməkdaş hadisə nəticəsində həyatını itirib.


Sizin reklam burada
Sizin reklam burada