Könül Xasıyeva oğlunun gələcək həyat yoldaşı üçün xüsusi mesaj verdi

Könül Xasıyeva oğlunun gələcək həyat yoldaşı üçün xüsusi mesaj verdi
16:18

Xalq artisti Könül Xasıyeva oğlunun evlənməsi ilə bağlı fikirlərini paylaşaraq diqqət çəkib.

News365.az-ın məlumatına görə, müğənni bildirib ki, oğlunun gələcək həyat yoldaşından cehiz tələb etməyəcək:

“Kazım evlənəndə gəlindən heç nə istəmirəm. Gəlin sadəcə Kazımın barmağına kiçik bir üzük taxsın və bu evə sevinc, şadlıq, sadiqlik və sevgi gətirsin. Başqa bir tələbim yoxdur. Oğlumun otağını artıq hazırlamışam, içində hər şey var, sadəcə mebelləri özü seçib alacaq, pulunu mən verəcəyəm. Mənim qızım yoxdur, amma gələcəkdə gəlinim mənim qızım olacaq”, – deyə Xasıyeva bildirib.

Xalq artistinin bu açıqlaması sosial mediada böyük marağa səbəb olub və izləyicilər onun səmimi və şəfqətli yanaşmasını yüksək qiymətləndiriblər.


Sizin reklam burada
Sizin reklam burada