Ötən gün saat 21:30 radələrindən başlayaraq 5-i kişi, 3-ü qadın cinsli olmaqla 8 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Bu barədə News365.az-a TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
"Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda deyilir.
***
Gəncədə dönərdən zəhərlənən məktəblilərin kimliyi məlum olub.
News365.az-ın məlumatına görə, zəhərlənənlər 2015-ci il təvəllüdlü F. İsmayılov, 2015-ci il təvəllüdlü X. Tağıyeva, 2014-cü il təvəllüdlü Ə. Zeynalov, 2015-ci il təvəllüdlü N. Məmmədova, 2015-ci il təvəllüdlü A. Məmmədzadə, 2014-ci il təvəllüdlü T. Cəfərzadə, 2015-ci il təvəllüdlü H. Huseynli və 2015-ci il təvəllüdlü Ə. Mirzəyevdir.
Məlumata görə hazırda zəhərlənən şagirdlərin vəziyyətləri normaldır. Xatırladaq ki, zəhərlənən məktəblilər Gəncə şəhər M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri olub. Onlar dərsdən sonra zəhərləniblər. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir./// apa