Tailand-Kamboca sərhədində xəstəxanaya raket hücumu: minlərlə insan təxliyə edilib

Tailand-Kamboca sərhədində xəstəxanaya raket hücumu: minlərlə insan təxliyə edilib
16:13

Tailandın Surin əyalətində Kamboca qüvvələrinin BM-21 “Qrad” yaylım atəşi sistemləri ilə həyata keçirdiyi hücum nəticəsində Phanom Donqrak xəstəxanası raket atəşinə tutulub və təxliyə əməliyyatları aparılıb.

Tailand Quru Qoşunlarının ikinci hərbi dairəsi sosial şəbəkələrdə bildirib ki, dekabrın 10-u saat 08:40-da altı mərmi xəstəxananın ərazisinə və ətraf bölgələrə düşüb. Hücumdan sonra bölgədə gərginlik artır və təhlükəsizlik tədbirləri gücləndirilib.

“Thai PBS” xəbər verir ki, sərhədyanı toqquşmalar səbəbindən 10 xəstəxana və 180 rayon xəstəxanası müvəqqəti bağlanıb. Həmçinin, 7 əyalətdə sığınacaqlar fəaliyyətə başlayıb və 190 mindən çox insan təhlükəsiz ərazilərə yerləşdirilib.

Raket hücumları və təxliyə əməliyyatları bölgədəki vəziyyətin gərgin olduğunu bir daha göstərir və humanitar vəziyyətlə bağlı beynəlxalq təşkilatların diqqətini cəlb edir.


Sizin reklam burada
Sizin reklam burada