"Azərbaycan siyasəti üçün Ramiz Mehdiyev kimdirsə, mədəniyyətimiz üçün də Zeynəb Xanlarova odur!” - SƏRT AÇIQLAMA

"Azərbaycan siyasəti üçün Ramiz Mehdiyev kimdirsə, mədəniyyətimiz üçün də Zeynəb Xanlarova odur!” - SƏRT AÇIQLAMA
20:16

“Bu xanıma həmişə hörmət edin, ədalətli qadınlar bu ölkənin ən ləyaqətli adamlarıdır. 2021-ci ildə bir qrup media nümayəndəsi Prezident İlham Əliyevə müraciət ünvanlayaraq, jurnalistlər üçün inşa olunan üçüncü binadakı mənzillərin şəhid ailələrinə və qazilərə verilməsini təklif etmişdi. Əslində qərar verilmişdi, sadəcə bir neçə nəfərin (birinci və ikinci binadan mənzil almış şəxslər) imzası lazım idi. O şəxslərin heç birini, xüsusilə də bığları “Qaz 53″ün şotkasına oxşayan baş redaktorları unutmamışıq. Sadəcə gözləsinlər…”

Bu sözləri jurnalist Samir Feyruzov “Murov Qartalı”, şəhid Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova ilə bağlı yazdığı yazıda bildirib.

Jurnalistin həmin statusunu təqdim edirik:

“Şübhəsiz ki, şəhidlər bizim baş tacımızdır, onların ailələrinə hörmət göstərmək hər kəsin vətəndaşlıq borcudur. Dövlət illərdir bütün şəhid ailələrini evlə təmin edir və bundan sonra da edəcək. Həmçinin, bu prosesə də Prezident İlham Əliyev şəxsən və xüsusi həssaslıqla nəzarət edir.

Lakin bir həssas təbəqənin (jurnalistlərin) haqqını əlindən alıb, onu başqa bir həssas təbəqəyə (şəhid ailələri və qazilər) vermək ölkədə təhlükəli və biabırçı presedent formalaşdırdı.

Mən əvvəldən bu yanaşmanın qəti əleyhinə idim. Çünki həqiqi jurnalistlər bu ölkənin “canlı şəhidləri”dir, eynilə həqiqi qazilər kimi… Jurnalistlərin gördüyü işin əmsalı kənardan göründüyü qədər sadə deyil. Həqiqi jurnalist cəmiyyətin ən ağır yükünü çiynində daşıyan, çox vaxt görünməyən, amma dövlətin sütunlarını yorğun çiyinlərində saxlayan ən fədakar insanlardandır. İllərlə saytda, qəzetdə yazı yazmaqla iş bitmir.
Məhz həmin günlərdə – üçüncü binanın taleyi ilə bağlı müzakirələr getdiyi ərəfədə əvəzsiz qəhrəmanımız, şəhid polkovnik Raquf Orucovun xanımı Sevinc Orucova bu məsələyə çox prinsipial münasibət bildirmişdi:

“Şəhid adına təklif gələndə, şəhid ailəsi üçün nə isə etmək istəyəndə dərin düşünməlidirlər ki, kimdən nəyi alıb, kimə veririk. Müzakirə başlayan ilk gündən dedim ki, şəhid ailələrinə, qazilərə belə yanaşmayın. Bu nə bizim, nə də sizin haqqınızdır. Həssas təbəqələr diqqət görməlidir, əlbəttə. Amma kiminsə payından kəsib şəhid ailəsinə vermək düzgün deyil.”

Raquf Orucovun xanımı məhz belə danışmalı idi. O, başqasının haqqını yeyə bilməzdi. Bu gün də onun ədalətli davranışları haqqında çox şey eşidirəm.

Və başa düşürəm ki, bu ölkə Zeynəb Xanlarovalardan ibarət deyil.

Dünənki statusuma yüzlərlə adam şərh yazaraq, Z.Xanlarovanın gözəl əsərlər oxuduğunu, ona qarşı qərəzli olduğumu bildirdilər. Halbuki, mən onun mahnılarından, yaxşı oxumağından yox, xalq-dövlət təfəkkürünə vurduğu zərərdən yazmışdım. Çox az adam nə dediyimi anlaya bilmişdi. Bir daha deyirəm, Zeynəb Xanlarova dahi deyil, sənətkar heç deyil, novator ola bilməz – fitrətində yoxdur, bəlkə də ölkənin ən istedadsız qadınıdır.

Azərbaycan siyasəti üçün Ramiz Mehdiyev kimdirsə, Azərbaycan mədəniyyəti üçün də Zeynəb Xanlarova odur!”


Sizin reklam burada
Sizin reklam burada