Paşinyan Konstitusiya dəyişikliklərini regionda sülh üçün edəcək

Paşinyan Konstitusiya dəyişikliklərini regionda sülh üçün edəcək
15:47

Ermənistanın Konstitusiyasında dəyişiklik məsələsi yenidən diqqət mərkəzinə çıxıb. Regionda sülh və sabitliyin təmin olunması, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün tanınması kontekstində bu dəyişiklik zəruri hesab olunur.

Politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, Konstitusiyada hazırda Azərbaycan və digər qonşu ölkələrə qarşı ərazi iddialarını ehtiva edən maddələr mövcuddur və bunlar hüquqi baxımdan sülh sazişinin imzalanmasına maneələr yaradır.


Rzayev vurğulayıb ki, hazırkı Konstitusiyada Azərbaycan və digər qonşu ölkələrə qarşı ərazi iddialarını ehtiva edən maddələr mövcuddur. Bundan əlavə, Ermənistanın müstəqillik bəyanatında da oxşar iddialar yer alır.

Politoloq qeyd edib ki, hüquqi məsələlərdə dəyişikliklər və tənzimləmələr edilmədən sülh sazişinin davamlılığı təmin oluna bilməz. “Bu baxımdan Ermənistan Konstitusiyasında dəyişiklik zəruridir. Hesab edirəm ki, Paşinyan bu niyyətini reallaşdıracaq və 2026-cı ildə Konstitusiyanın dəyişdirilməsi prosesinin şahidi olacağıq. Proses nə qədər tez baş versə, sülh sazişinin imzalanması da o qədər tez mümkün olacaq. Hazırkı sülh sazişi faktiki olaraq hazırlanıb və Vaşinqtonda razılaşdırılıb. Onun imzalanma vaxtı və digər detalları Ermənistanın hüquqi proseslərindən asılı olacaq”, – deyə Turan Rzayev bildirib.


Sizin reklam burada
Sizin reklam burada