Donald Tramp administrasiyası ABŞ-a səfər etmək istəyən bütün xarici turistlərdən son beş ildə istifadə etdikləri sosial media hesabları barədə məlumat tələb etməyi planlaşdırır.
News365.az xəbər verir ki, “NBC News” bu barədə Federal Reyestrdə yerləşdirilən açıqlamaya istinad edib.
ABŞ Gömrük və Sərhəd Mühafizəsinin bildirdiyinə görə, sosial media tarixçəsinin təqdim olunması ölkəyə ilk dəfə daxil olan bütün əcnəbilər üçün məcburi şərt olacaq.
Hazırda Böyük Britaniya və Almaniya kimi ölkələrin vətəndaşları ABŞ-a vizasız səfər edə bilirlər və bunun üçün sadəcə “Elektron Səyahət İcazə Sistemi”ni (ESTA) doldurmaları kifayətdir. Lakin yeni tələbin tətbiqi vizasız səyahət edənlər üçün də əlavə çətinlik yarada bilər.