Sakindən 1 kiloqrama yaxın narkotik vasitə AŞKARLANDI

Sakindən 1 kiloqrama yaxın narkotik vasitə AŞKARLANDI
17 Apr 2025 13:48

Daşkəsən sakinindən narkotik vasitə aşkarlanıb.

News365.az xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş İqbal İsmayılov saxlanılıb. Saxlanılan şəxsin üzərindən 1 kiloqrama yaxın marixuana və heroin aşkarlanıb.

Bundan başqa Rayon Polis Şöbəsinə rayon ərazisində silah-sursat olması barədə məlumat daxil olub. Polis əməkdaşları oradan 1 ədəd avtomat, 1 ədəd həmin silaha aid daraq və 29 ədəd müxtəlif çaplı patron aşkarlayıblar. 

Faktla bağlı araşdırmalar davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada