Ukraynada azərbaycanlı hərbçi itkin düşdü

Ukraynada azərbaycanlı hərbçi itkin düşdü
18 Apr 2025 14:50

Ukrayna ordusunun azərbaycanlı hərbçisi itkin düşüb.

News365.az xəbər verir ki, əslən Kürdəmir rayonundan olan Ukrayna vətəndaşı, 1982-ci il təvəllüdlü Gülmalıyev Zamiq Şakir oğlu Donetsk vilayəti istiqamətində itkin düşüb.

Ukraynanın İvano-Frankovsk şəhərində yaşamış və buradan orduya yazılan Z. Gülmalıyevlə həm hərbi hissəsi, həm də yaxınları bir həftədən çoxdur əlaqə saxlaya bilmir.

İvano-Frankovsk Azərbaycanlılar Konqresinin sədri Mətləb Nəcəfov bildirib ki, şəhər hərbi komissarlığından onlara da rəsmən bildirilib ki, hərbçi ilə cəbhə xəttində əlaqə itib.

Qeyd edək ki, itkin düşən azərbaycanlı hərbçi İvano-Frankovsk şəhərində yaşayıb və buradan orduya yollanıb.



Sizin reklam burada
Sizin reklam burada