Bu gün səhər saatlarında Xaçmazda zəncirvari qəza
baş verib.
News365.az xəbər verir ki, Gəndob-Yalama
yolunun Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində 3 minik
avtomobili toqquşub.
Qəza nəticəsində 7
nəfər xəsarət alıb. Yaralılar təcili
tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara
bədənin müxtəlif nahiyyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub. Hazırda xəsarət
alan şəxslərə zəruri tibbi yardım və instrumental müayinələr icra edilir və
onların müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Onlardan bir nəfərin
vəziyyəti ağır digər 6 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.