Əməkdar artist Çingiz Əhmədov qısa müddət ərzində 6 kiloqram arıqlayıb.
News365.az xəbər verir ki, bu barədə aktyor "Xəzər axşamı" verilişində danışıb.
O, 17:00-dan sonra yemək yemədiyini bildirib:
"Bir həftəyə 6 kiloqram arıqlamışam. Çörəyi, şirniyyatı, qazlı suyu, turşunu kənara qoymuşam. Evdə sonuncu yeməyi saat 17:00-da yeyirəm. Əgər acsam, qatıq və ya az miqdarda pomidor, xiyar yeyirəm".