Ucarda kanaldan meyit tapılıb.
Rayonun Rəstəcə kənd sakini, 64 yaşlı Ələkbər Saleh oğlu Əliyevin meyiti kanalda aşkarlanıb. Meyit sudan çıxarılıb.
Mərhumun yaxınlarının dediyinə görə, Ə.Əliyev ruhi xəstə olub və ötən gün axşamdan yoxa çıxıb.
Meyit bu gün çoban tərəfindən aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.